IQNA

Misirin "Qordaqə" muzeyində Osmanlı dövrünə aid Quran saxlanılır

23:40 - August 04, 2022
Xəbər sayı: 3492670
Misirin “Qordaqə” şəhərinin tarixi əsərlər muzeyində müxtəlif dövrlərə aid müxtəlif tarixi əsərlər saxlanılır ki, onlardan biri də Osmanlı dövrünə aid qızılı rəngli Qurandır.

“İQNA”, “Əlyəvmus-Sabi”-ə istinadən xəbər verir ki, “Qordaqə” muzeyində sayı 2000-dən çox olan Firon (qədim Misir sülalələrinin hökmdarları dövrü), Roma, Kopt (Qıpti xristianları), İslam və müasir dövrlərə aid müxtəlif tarixi əsərlər var.

Bu əsərlərdən biri də ilk dəfə olaraq bu muzeydə sərgilənən Osmanlı dövrünə və hicri 1259-cu ilə və miladi 1843-cü ilə aid qızılı rəngli nadir Quran nüsxəsidir.

Osmanlı dövründə bu Quranı yazan Seyyid Əli Ən-Nuri olub.

4075372

captcha