IQNA

Cibutidə 22 Quran hafizinin məzuniyyət bayramı keçirilib

10:24 - August 04, 2022
Xəbər sayı: 3492669
Cibutidə Küveytin “Ər-Rəhmətul-Alamiyyə” Assosiasiyasının himayəsi ilə 22 Quran hafizinin buraxılış mərasimi keçirilib.

“İQNA”, “Əl-Ənba”-ya istinadən xəbər verir ki, mərasim yerli rəsmilərin, Küveytin Cibutidəki səfirliyinin diplomatik attaşesi “Əhməd Əl-Əskərinin” və bir qrup alim və Quran hafizinin iştirakı ilə keçirilib. Bununla da Küveytin Cibutidəki “Ər-Rəhmətul-Alamiyyə” (Ümumdünya Mərhəmət) Assosiasiyasının Quran mərkəzlərinin 22 hafizi məzun olub.

“Ər-Rəhmətul-Alamiyyə” Assosiasiyasının Afrika şöbəsinin rəhbəri Qanim Abdulla Şahin deyib: “Cibutidəki dərnəyə bağlı mərkəzlər Quran və Quran elmləri ilə tanış olan nəsil yetişdirməyə, Allahın Kitabının təlimlərindən irəli gələn İslam əxlaqını əsasını qoymağa və onların arasında İslam inancını izah etməyə çalışırlar.

4075404

captcha