IQNA

İslamın uşaqların səhvləri ilə necə davranmaq barədə baxışı

15:43 - August 02, 2022
Xəbər sayı: 3492655
Uşaqlar səhv edirlər. Lakin onların səhvləri ilə üzləşmə tərzi mühüm tərbiyəvi təsirlərə malikdir. Quran ayələri və İslam təlimləri bu sahədə bizə yol göstərən mühüm məqamlara malikdir.

Tehranın Tərbiyət Müdərris Universitetinin psixologiya üzrə ustadı Möhsin İmani “İQNA” xəbər agentliyinə verdiyi müsahibədə uşaqların səhvləri ilə İslamın nəzərindən necə davranılacağını izah edib. Onun bir hissəsini aşağıda oxuya bilərsiniz:

Uşaqlar bilik və bacarıqlarının olmaması səbəbindən səhvlərə yol verirlər. İslam standartlarına uyğun olaraq uşağın səhvi ilə necə davranılmasını bilmək vacibdir. Ən yaxşı yanaşma profilaktikadır (qoruyucu); Uşaqlara verdiyimiz cəzaların çoxu onların təhlükəyə doğru gedirlər. Məsələn, tutacaqsız pilləkənlərlə yuxarı qalxırlar. Ya sobanın üstündəki yemək qabına yaxınlaşırlar. Bir halda ki, profilaktik addımlar atmağımız kifayətdir. Nərdivan üçün tutacaq qoyaq ya da yemək qabını qaz sobasının arxasına qoyaq. Bu vəziyyətdə uşaq təhlükə ilə üzləşməyəcək və biz də əsəbləşməyəcəyik.

Bəzi hallarda uşağa küsə bilərsiniz, ancaq qısa müddətə ki, uşaq öz səhvini başa düşsün. Hədisdə də oxuyuruq ki, bir nəfər İmam Kazimə (ə) dedi ki, mən uşağımı cəzalandırmaq üçün qamçılayıram. İmam çox üzüldü və buyurdu ki, sənin buna haqqın yoxdur. Ancaq onunla qısa müddətli küsə bilərsən ki, səhvini başa düşsün.

Uşaqlara nalayiq və təhlükəli davranışlar qadağan edilə bilər. Lakin bu məsələ xeyirxahlıq və şəfqətlə müşayiət olunmalıdır.

Zədələri fiziki olaraq görünməyən, lakin uşaqlara ruhi və emosional zərər verən davranışlar uşaqlara əziyyət verir. Bu da onlara qarşı gizli zorakılıq nümunələri ola bilər. Hətta uşağın barmağını əmməsinin bizim məhəbbətsizliyimizdən və diqqətsizliyimizdən irəli gəldiyinə inanırıq.

Uşaqlara imkanlarından kənar işlər gödürmək və onları təhsildən məhrum etmək uşaqlara qarşı sistematik zorakılıq nümunələridir ki, islami təlimlərə əsasən pislənilib və qadağan edilib.

Uşaqlıq yaş aralığı

Psixologiya nəzərindən on iki və ya on üç yaşına qədər uşaqlıq dövrüdür. Quran baxımından isə insan cinsi sirləri dərk etməyənə və cinsi yetkinliyə yetişməyənə qədər uşaq sayılır.

3651376

captcha