IQNA

Yaponiya Qəzzaya 3 milyon dollar kömək edəcək

10:08 - October 18, 2019
Xəbər sayı: 3485978
Yaponiya sionist rejimin mühasirəsində olan Qəzza zolağı sakinlərinə dəstək hədəfi ilə onlara 3 milyon dollar maddi yardım göndərəcək. Bu yardım Qəzza əhalisinin 100 min nəfərinə paylanılacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yaponiya sionist rejimin mühasirəsində olan Qəzza zolağı sakinlərinə dəstək hədəfi ilə onlara 3 milyon dollar maddi yardım göndərəcək.

Bu barədə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Ümumdünya Ərzaq Proqramının rəisi  Stefanie Kearney məlumat verib.

Məlumatda deyilir ki, Yaponiya Qəzza zolağında yaşayan Fələstinlilərə 3 milyon dollar yardım edəcək. Bu yardım 100 min nəfər Qəzza sakininə çatacaq. Yaponiyanın bu yardımı BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Ümumdünya Ərzaq Proqramına digər 65 min nəfəri himayəyə götürməkdə kömək edəcək.  

Qəzza sakinlərini bu köməkləri elektron kuponlar vasitəsi ilə əldə edəcəklər. habelə 35 min nəfərə buğda, dənəli bitkilər, bitki yağı, duz, balıq konservləri və un kimi qidaları ehtiva edən qida səbədləri veriləcək.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Ümumdünya Ərzaq Proqramı Fələstində yaşayan 330 min nəfər ehtiyaclının yeməyini qismən təmin edir.

Qeyd edək ki, sionist rejimi 13 ildir Qəzzanı hərtərəfli mühasirə və blokadada saxlayır. Qəzzəlilərin çoxu aclıq içində yaşayırlar. Əhalinin 85 faizi yoxsulluq həddindən aşağı vəziyyətdədir. Cavanların 65 faizi işsizdir. İşi olarnların isə gündəlik ən çox qazancı 2 dollardır.   

https://iqna.ir/fa/news/3850559

Teqlər: qəzza ، fələstin ، yaponiya ، iqna
captcha