IQNA

İngiltərənin İslam Mərkəzinə yeni rəis təyin edildi

18:26 - June 22, 2019
Xəbər sayı: 3485368
Bu mərasimdə İngiltərə müsəlmanları, müxtəlif millətlərin nümayəndələri iştirak ediblər. İştirakçılara hər iki dini şəxsiyyətin fəaliyyətləri barədə Fars, Ərəb və İngilis dillərində məlumat verilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cüməaxşamı günü (20 İyun 2019) İngiltərənin İslam Mərkəzinə təyin edilmiş yeni rəisin təqdimat və sabiq rəisin əlvida mərasimi keçirilib.

Mərasimdə Höccətul-İslam vəl-müslimin Seyid Haşim Musəvi mərkəzin yeni rəisi olaraq tanıdılıb. Habelə sabiq rəis Höccətul-İslam vəl-müslimin Məhəmməd Əli Şimaliyə keçən illərdə mərkəz üçün çəkdiyi zəhmətlərə görə təşəkkür edilib.  

Bu mərasimdə İngiltərə müsəlmanları, müxtəlif millətlərin nümayəndələri iştirak ediblər. İştirakçılara hər iki dini şəxsiyyətin fəaliyyətləri barədə Fars, Ərəb və İngilis dillərində məlumat verilib.

http://iqna.ir/fa/news/3821453

captcha