İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Mədinə şəhərində Həzrət Məhəmməd peyğəmbrin (s) adını daşıyan məscidin (Məscidun-Nəbi) nəzdində fəaliyyət göstərən Mədinə İslam Universitetinə qəbul olmaq istəyənlər mütləq Qurani-Kərimi əzbər bilməlidirlər.
Bu məsələyə 1440-1441-ci Hicri-Qəməri illərində Mədinə İslam Universitetinin qəbula elanında toxunulub. Universitetin saytında verilən elana görə, oğlan tələbələr Quran Elmləri, İlahiyyat, Hədis elmləri, Kəlam (əqidə) və Ərəb dili və ədəbiyyatı ixtisasları üzrə sənəd verə bilərlər. Qızlar isə təkcə İlahiyyat ixtisasını seçə bilərlər.
Universitetə qəbul olmaq istəyən tələbələr ən azı Quranın beş cüzünü əzbər bilməlidirlər. Əlbəttə bəzi ixtisaslar üzrə cüzlərin sayı çoxdur. Məsələn, İlahiyyat və Quran elmləri ixtisasları üzrə oxumaq istəyənlər mütləq 15 cüz Quranı əzbər bilməlidirlər.
Qeyd edək ki, Mədinə İslam Universiteti 2010-cu ildə təsis edilib. Bu universitetdə oxumaq istəyənlər üçün heç bir yaş məhdudiyyəti yoxdur.
Zəhmət Olmasa Mədinə İslam Universitetində Təhsil Almaq Barədə Mənə Məlumat Verə Bilərsiz ?