İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər (Cümə, 31 May 2019) 19 yaşlı fələstinli bir cavan işğal edilmiş Qüdsün Babul-Əmud qapısında Yəhudi məbədinin yaxınlığında "kamikadze" əməliyyatı həyata keçirərək iki yəhudini soyuq silahla yaralayıb. Fələstinli cavanı sionist əsgərləri güllə ilə şəhid ediblər.
Bu hadisənin ardınca sionist rejimi qüvvələri Əqsa məscidinə girişi qadağan ediblər. Ramazan ayının axırıncı Cümə namazını qılmağa gəlmiş yüzlərlə fələstinli Əqsa məscidinin divarları arxasında toplaşıblar.
http://iqna.ir/fa/news/3815940