İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ramazan ayının 19, 21 və 23-cü gecələri bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da Qədr gecəsi kimi qeyd olunur.
Bu gecələrdə səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qədr gecəsi ilə bağlı paytaxt Bakıda və bölgələrdə möminlərin izdihamlı iştirakı ilə məclislər keçirilir.
Qədr gecəsi mərasimlərində yeniyetmələr və gənclərin iştirakı bu mərasimə xüsusi mənəvi atmosfer bəxş edir.