Baş verən insident nəticəsində 20 fələstinlinin yaralandığı bildirilir. Məlumata əsasən, etiraz aksiyasını HƏMAS müqavimət hərəkatı təşkil edib. İsrail hərbçiləri etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllə, o cümlədən odlu silahlardan atəş açıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti 7 fələstinlinin odlu silahdan yaralandığını açıqlayıb. Digərlərinin isə qazdan zəhərləndiyi qeyd edilir. /eastnews.org/