IQNA

"Türkiyə Afrika ölkələrində təsirini çoxaltmağa çalışır"

9:03 - February 20, 2019
Xəbər sayı: 3484719
"Türkiyə öz nüfuz və təsir dairəsini Afrika ölkələrində çoxaltmağa çalışır. Bunun üçün məscid və mədrəsələrdən sui-istifadə edir" – bu iddia ilə Fransanın "Liberation" qəzeti çıxış edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Türkiyə öz nüfuz və təsir dairəsini Afrika ölkələrində çoxaltmağa çalışır. Bunun üçün məscid və mədrəsələrdən sui-istifadə edir" – bu iddia ilə Fransanın paytaxtı Parisdə 1973-cü ildən nəşr olunan solçu və sosialist meyilli "Liberation" qəzeti çıxış edib.
Qəzet yazır: Türkiyə dövləti son illərdə öz nüfuz və təsirini Afrika ölkələrində genişləndirmişdir. Türkiyə cümhuriyyəti Afrikada yumuşaq gücünü artırmaq fikrindədir. Bunun üçün atılmış addımlardan biri də Türkiyə tərəfindən Afrikanın şərqində yerləşən Cyubiti respublikasında açılacaq məsciddir. Osmanlı memarlıq üslubu ilə tikilmiş bu məscid Afrikanın şərqində ən böyük məscid hesab edilir.
Liberation yazır: Cyubiti məscidi Türkiyə tərəfindən onların diqqətini cəlb etmək üçün verilmiş bir hədiyyədir.
Qəzet davam edir: Türkiyə 15 ildir ki, öz nüfuzunu Afrikada çoxaltmaq üçün çalışır. Türkiyənin indiki prezidenti Rəcəb Təyyib Ərdoğan 2005-ci ildən indiyədək Afrikanın 26 ölkəsinə 40 səfər etmişdir. O, çalışır ki, Sudan kimi ölkələrdə məscid, mədrəsə və məktəblər tikərək Afrika dövlətlərinə yaxınlaşsın və bu vasitə ilə bu ölkələrdəki investisiya planlarında iştirak etsin.
http://iqna.ir/fa/news/3791763

Teqlər: türkiyə ، afrika ، cyubiti
captcha