IQNA

Quranın 8 cildlik ensiklopediyasının təqdimatı mərasimi keçirildi

23:18 - February 18, 2019
Xəbər sayı: 3484711
Pakistanın Karaçi şəhərində "Minhacul-Quran" müəssisəsinin təşəbbüsü ilə Qurani-Kərimin müxtəlif mövzularını ehtiva edən 8 cildlik ensiklopediyasının təqdimat mərasimi keçirilib.

Quranın 8 cildlik ensiklopediyasının təqdimatı mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Karaçi şəhərində "Minhacul-Quran" müəssisəsinin təşəbbüsü ilə Qurani-Kərimin müxtəlif mövzularını ehtiva edən 8 cildlik ensiklopediyasının təqdimat mərasimi keçirilib.

"Dairətul-Maarif əl-Quranil-Kərim" adlı bu ensiklopediya Pakistanın Milli Azadlıq Partiyası və beynəlxalq "Minhacul-Quran" müəssisəsinin təsisçisi Məhəmməd Tahir əl-Qadirini əsəridir.

Təqdimat mərasimində İran İslam Respublikasının Karaçi şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmmədrza Bariqi, Karaçinin şiə alimləri, camaat və cümə namazları imamları heyətinin rəisi və İslami Elmlər Akademiyası dini elmi hövzəsinin müdiri Höccətul-İslam Şeyx Həsən Səlahuddin, Sind əyalətinin İslam Cəmiyyətinin rəhbəri Merac əl-Hüda və digər din, siyasət, elm və mədəniyyət adamları iştirak ediblər.

Mərasimdə İran İslam Respublikasının Karaçidəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Quran elmləri, Peyğəmbərin (s) sünnəsi və cəmiyyətin islahı barədə çıxış edərək belə bir ensiklopediyanın ərsəyə gətirilməsini bu yolda mühüm bir addım hesab edib.   

http://iqna.ir/fa/news/3791324

captcha