IQNA

Mərakeşdə İŞİD-in 5 üzvü həbs edilib

23:57 - February 15, 2019
Xəbər sayı: 3484696
Mərakeş polisi bu gün, Cümə günü, 15 Fevral 2019-cu il, İŞİD terrorçuları ilə həmkarlıqda şübhəli bilən şəxslərin sığınacaqlarına girərək bu dəstənin 5 üzvünü həbs edib.

Mərakeşdə İŞİD-in 5 üzvü həbs edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeş polisi bu gün, Cümə günü, 15 Fevral 2019-cu il, İŞİD terrorçuları ilə həmkarlıqda şübhəli bilən şəxslərin sığınacaqlarına girərək bu dəstənin 5 üzvünü həbs edib.

Mərakeşin daxili işlər nazirliyi bu barədə bəyanat verərək elan edib ki, təhlükəsizlik qüvvələri İŞİD-lə həmkarlıqda şübhəli bilinən şəxslərin qərargahına hücum edib. Keçirilən əməliyyat zamanı beş nəfər şəxs şübhəli qismində saxlanılıb.  

Axtarış zamanı məlum olub ki, Səfa şəhərinin yaxınlığında gizli sığınacaqda fəaliyyət göstərən bu şəxslərin təxribatçılıq planı var imiş.

Mərakeşdə keçən il yayılan rəsmi hesabata görə, ölkənin təhlükəsizlik qüvvələri 2002-ci ildən indiyədək İŞİD-ə məxsus 180-dan sığınacağı kəşf edərək məhv ediblər.

http://iqna.ir/fa/news/3790286  

Teqlər: iqna ، İŞİd ، mərakeş
captcha