IQNA

Qaşıqçının nişanlısı "Twitter"də Quran ayəsi yazdı

7:21 - October 17, 2018
Xəbər sayı: 3484072
Səudiyyəli tənqidçi qəzet yazarı Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz şəxsi "Twitter" sosial şəbəkəsi səhifəsində ərinin vəfatını Quran ayəsi ilə elan etdi.

Qaşıqçının nişanlısı İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyəli tənqidçi qəzet yazarı Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz şəxsi "Twitter" sosial şəbəkəsi səhifəsində ərinin vəfatını Quran ayəsi ilə elan etdi.

Camal Qaşıqçının nişanlısı sosial şəbəkədə Qurani-Kərimin Nisa surəsinin 93-cü ayəsinin paylaşıb:

«وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا»

"Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar."

Xədicə Çingiz nişanlısını oğurlayanların və onun qatillərinin tapılması və cəzalandırılmasını tələb edib.

Camal Qaşıqçının övladarı da bu tələbə qoşularaq atalarının ölümü barədə tərəfsiz beynəlxalq komitə yaradılmasını və cinayət işinin araşdırılmasını istəyiblər.

Xədicə Çingiz nişanlısının ölümü barədə "Twitter"da SNN-nin Səudiyyə Ərəbistanın Camal Qaşıqçının İstambuldakı konsulluğun binasında öldürülməsinə etiraf etmək qərarı barədə xəbəri yaydıqdan sonra yazıb.

http://iqna.ir/fa/news/3756392  

captcha