IQNA

İmam Əlinin (ə) hikmətli kəlamları Gürcü dilində nəşr edildi

15:16 - August 18, 2018
Xəbər sayı: 3483686
"İmam Əlinin (ə) hikmətli qısa kəlamları" kitabı İran İslam Respublikasının Gürcüstanın paytaxtı Tiflisdəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Gürcü dilinə tərcümə, çap və nəşr edildi.

İmam Əlinin (ə) hikmətli kəlamları Gürcü dilində nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, "İmam Əlinin (ə) hikmətli qısa kəlamları" kitabı İran İslam Respublikasının Gürcüstanın paytaxtı Tiflisdəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Gürcü dilinə tərcümə, çap və nəşr edildi.

İran İslam Respublikasının Tiflisdəki Mədəniyyət Əlaqələri İdarəsi Gürcüstan müsəlmanlarının Əhli-Beyt (ə) maarifini öyrənməyə olan marağını nəzərə alaraq Gürcüstanın müsəlmanlar idarəsinin həmkarlığı ilə İmam Əlinin (ə) hikmətli kəlamlarını ehtiva edən "İmam Əlinin (ə) hikmətli qısa kəlamları" kitabını Gürcü dilinə çap və nəşr etdirib.

İmam Əlinin (ə) fəsahətli, bəlağətli və hikmətli sözlərini ehtiva edən bu dəyərli kitab 1000 trijla çap edilərək Gürcüstanın müsəlmanlar idarəsi tərəfindən müsəlmanların kitabxana və məscidlərinə paylanılıb.   

 http://iqna.ir/fa/news/3739339

captcha