İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayir və İndoneziya dövlətləri cəmiyyətdə mötədillik və moderasiyanın genişləndirilməsi və gücləndirilməsi üçün əməkdaşlıq və həmkarlıq memorandomu imzaladılar.
Bu memorandom Əlcəzayirin Ali İslam Şurası və İndoneziyanın "mədəniyyət və dinlərarası dialoq və əməkdaşlıq heyəti" tərəfindən imzalanıb.
Memorandoma əsasən iki tərəf arasında əməkdaşlıq möhkəmlənəcək, tərcübə dəbadülü olacaqdır. Hər iki tərəf ölkələrindəki yeni nəsil arasında mötədillik və moderasiyanın genişləndirilməsi, gücləndirilməsi və qorunub saxlanılması istiqamətində və radikalizmlə mübarizədə həmkarlıq edəcəklər.
Memorandomu Əlcəzayirin Ali İslam Şurasının rəisi Əbu Adbullah Qulam və İndoneziyanın prezidentinin nümayəndəsi Məhəmməd Siracuddin imzalayıblar.