IQNA

Ərəbistan Suriyadakı beynəlxalq koalisiyaya 100 milyon dollar verir

12:48 - August 17, 2018
Xəbər sayı: 3483677
Səudiyyə Ərəbistanı Suriyanın şimal-şərqində İŞİD terroristlərindən azad edilmiş ərazilərdə yenidənqurma işləri aparacaq beynəlxalq koalisiyaya 100 milyon dollar yardım etmək fikrindədir.

Ərəbistan Suriyadakı beynəlxalq koalisiyaya 100 milyon dollar verirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Suriyanın şimal-şərqində İŞİD terroristlərindən azad edilmiş ərazilərdə yenidənqurma işləri aparacaq beynəlxalq koalisiyaya 100 milyon dollar yardım etmək fikrindədir.

Ali-Səud rejimi elan edib ki, Suriyada İŞİD terrorçularından azad edilmiş ərazilərin yenidən tikilməsi üçün verilən ən böyük məbləğdir.

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Cübeyr Belçikanın paytaxtı Brükseldə Suriyanın yenidən qurulması üçün kömək vədəsi vermişdi. Ərəbistan bu məbləği həmin vədənin həyatı keçirilməsi üçün ödəyəcəyini deyir.    

http://iqna.ir/fa/news/3739072

Teqlər: iqna ، ərəbistan ، suriya
captcha