IQNA

Almaniya "Dünya Müsəlmanları" elmi layihəsinə maddi vəsait ayırıb

8:52 - August 15, 2018
Xəbər sayı: 3483670
Almaniyanın Berlin şəhərinin Leibniz-Zentrum Müasir Şərq Araşdırmalar Mərkəzi "Dünya müsəlmanları və İslam dünyası" elmi tədqiqat layihəsinə qoşulacaq alim, araşdırmaçı və tələbələrə qrant ayırıb.

Almaniya İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Berlin şəhərinin "Leibniz-Zentrum Müasir Şərq Araşdırmalar Mərkəzi" Federal Təhsil və Araşdırma Nazirliyinin sponsorluğu ilə "dünya müsəlmanları və İslam dünyası" elmi tədqiqat layihəsinə qoşulacaq alim, araşdırmaçı və tələbələrə qrant ayırıb.

İran İslam Respublikasının Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinin verdiyi məlumata əsasən, bu qrant və maddi vəsait layihəyə xaricdən qoşulan araşdırmalar üçüdür və Almaniyada yaşayan tədqiqatçılara verilməyəcəkdir.

"Dünya müsəlmanları və İslam dünyası" elmi tədqiqat layihəsi müasir dövrdə İslam dünyasında müsəlmanlar arasındakı əlaqələr, problemlər, çəkişmələr, etiqadi müşküllər, həyat tərzi və yaşam normativləri, müsəlmanların siyasi, ictimai və iqtisadi fəaliyyətlərinin araşdıracaqdır.

Layihədə iştirak edən araşdırmaçılara səfər və digər xərcləri öhdələmək üçün hər ay 3500 avro veriləcəkdir. /3738365/

Layihədə iştirak etmək istəyənlər qarşıdakı linklərdən istifadə edərək şərtlərlə tanış ola bilərlər:  

http://www.zmo.de/Ausschreibungen-2018.pdf

 

https://www.zmo.de/forschung/index_e.html

  

captcha