İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, Kenyanın Nayrubi şəhərinin Park Lənd rayonunda eyni adla məscid istifadəyə verildi. Bu məscid Nayrubinin ikinci böyük məscididir. Məsciddə 2500 nəfər bir vaxtda namaz qıla biləcəklər.
Məscidin İslami Emlər mədrəsəsi, dəstəmazxanası, müasir avadanlıqlarla təchiz edilmiş tualetləri, yuyucuxanası, amfiteatr salonu və məscid imamın evi vardır.
Məscidin açılış mərasimində Kenyanın müxtəlif vəzifələrdən olan rəsmiləri, o cümlədən parlament nümayəndələri, turizm naziri və Kenya müsəlmanlarının ali şurasının rəisi iştirak ediblər.
Açılış mərasimində iştirak edən Kenya parlamentinin xristiyan deputatı Timusi Vanyuni deyib: Məscid müsəlmanlar və məsihilər arasında birlik və əməkdaşlıq körpüsü olmalıdır. Müsəlmanlar və xristiyanlar vahid Allaha inanırlar. Müştərək əqidələrə sahibdirlər. Mən ümidvaram ki, bu məscid İslam və Məsihiyyətin bir-birinə yaxınlaşması üçün qərargah olacaqdır.
Kenyanın turizm naziri Nəcib Bilal öz çıxışı zamanı vurğulayıb: Məscid İslami elmləri, müsəlman cəmiyyətinin vəhdətini və dinlərarası dialoqo cəmiyyətə öyrətməlidir. Məsciddə digər dinlərin ardıcıllarını İslam ilə tanış etmək üçün proqramlar icra edilməlidir.
Kenyanın müsəlmanlar şurasının rəisi Yusif Ənzibu isə çıxışında müsəlmanların vəhdətinin qorunub saxlanılması və İslam dininə xidmət edilməsinin zəruriliyindən danışıb.