IQNA

Dünyanın 64 ölkəsində "oruclara iftar" layihəsi icra edildi

9:32 - May 28, 2018
Xəbər sayı: 3483234
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) "Məhəmməd ibn Rüşd Ali Məktum" xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə dünyanın 64 ölkəsində "oruclara iftar" layihəsi icra edilib.

Dünyanın 64 ölkəsində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) "Məhəmməd ibn Rüşd Ali Məktum" xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə dünyanın 64 ölkəsində "oruclara iftar" layihəsi icra edilib. Bu barədə Dubay merinin mədəni işlər üzrə müşaviri İbrahim Məhəmməd Bu Məlhə xəbər verib.  

Mübarək Ramazan ayı münasibəti ilə həyata keçirilmiş bu layihədə dünyanın müxtəlif ölkələrinə imkansız müsəlmanlara qida məhuslları ehsan edilib.

Bəzi Ərəb, müsəlman ölkələri və müsəlmanlar yaşayan ölkələrdə icra ediləb bu layihə üçün 12 milyon 170 min büdcə xərclənib və layihə çərçivəsində 56 min 506 müsəlman ailəsinə maddi kömək edilib.

Bu layihədə çərçivəsində İordaniya, Fələstin, Suriya, İraq, Livan, Misr, Sudan, Tunis, Mərakeş, Mavritaniya, Seneqal, Efiopiya, Braziliya, Uqanda, İspaniya, Kozova, Əfqanıstan, Pakistan, Tacikistan, İndoneziya, Hindistan, Qazaxıstan, Yapon və Taylandda yaşayan yoxsul və imkansız müsəlmanlar maddi köməklər göndərilib.

http://iqna.ir/fa/news/3718119  

Teqlər: iqna ، oruc ، iftar ، müsəlman ölkələri ، bƏƏ
captcha