IQNA

Ramazan ayında açıq kilsə qapıları

9:19 - May 28, 2018
Xəbər sayı: 3483233
Amerikanın Arlinqton şəhərinin "Müvəhhidin" kilsəsi dörd ildir ki, "qonşularını sev" şüarı ilə öz qapılarını səmavi dinlərin, İslam, Yəhudilik və Məsihilik, ardıcıllarının üzünü açıq elan etmişdir.

Ramazan ayında açıq kilsə qapılarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada kilsələr mübarək Ramazan ayı münasibəti ilə qapılarını müsəlmanların və yəhudilərin üzünə açıq elan etdilər.

Amerikanın Virciniya əyalətinin Arlinqton şəhərinin "Müvəhhidin" kilsəsi dörd ildir ki, "qonşularını sev" şüarı ilə öz qapılarını səmavi dinlərin, İslam, Yəhudilik və Məsihilik, ardıcıllarının üzünü açıq elan etmişdir.

Virciniya əyalətinin Arlinqton şəhərinin müsəlmanları son dörd il ərzində hər həftə Cümə namazlarını bu kilsədə qılırlar.

Həmçinin müsəlmanlar mübarək Ramazan ayının gəlişi ilə hər gecə Şam (Məğrib) və Xüftən (İşa) namazlarını və Təravih namazını (əhli-sünnənin Ramazan ayında müstəhəb namazı) bu kilsədə qılırlar. Bu kilsədə namaz qılanlar dini proqramların icrasından sonra İftar süfrəsinə qonaq olurlar.

Əlbəttə müsəlmanlar bu kilsədə təkcə dua və namaz qılmaq üçün gəlmirlər. Onlar həm də dini bayramlarını və digər dini mərasimlərini də bu kilsədə qeyd edirlər.

Bu kilsədə müsəlmanlar və digər dinlərin davamçıları xeyriyyə işləri, tibbi xidmətlər, irqçiliklə mübarizə kimi mədəni və maarifləndirici işlər də görürlər.     

http://iqna.ir/fa/news/3718115  

captcha