IQNA

Bəhreyndə yeni etirazlar dalğası başlayır

17:08 - May 27, 2018
Xəbər sayı: 3483231
Bəhreynin "14 Fevral Gənclər Koalisiyası" xalqı və bütün azadlıq və hüquqların bərpasını tələb edən qruplaşmları bu yeni aksiya və etiraz yürüşlərində izdihamlı iştirak etmək üçün dəvət ediblər.  

Bəhreyndə yeni etirazlar dalğaları başlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə "öz tale və müqəddəratını təyin etmək hüququ-2018" devizi ilə yeni kütləvi aksiyalar və xalq etirazları başlayır.

Bəhreynin "14 Fevral Gənclər Koalisiyası" xalqı və bütün azadlıq və hüquqların bərpasını tələb edən qruplaşmları bu yeni aksiya və etiraz yürüşlərində izdihamlı iştirak etmək üçün dəvət ediblər.  

Bəhreynin "14 Fevral Gənclər Koalisiyası"nın təşkil etdiyi "öz tale və müqəddəratını təyin etmək hüququ-2018" etiraz yürüşləri gələn həftənin Cüməaxşamı günü, 31 May 2018-ci il, başlayacaqdır.

Gənclərin təşkil etdiyi koalisiya özlərinin sosial şəbəkələrdəki səhifələrində bəhreynli vətəndaşlardan istəyiblər ki, yeni siyasi rejimin seçilməsi və öz hüquqlarının bərpa edilməsi üçün keçirilən etiraz yürüşlərində kütləvi şəkildə və izdihamla iştirak etsinlər.

Bəhreynin gənclər koalisiyası və rejimə müxalif olan bütün partiyalar ölkənin 2014-cü ilin referendomunda qəbul edilən qanunlar əsasında idarə edilməsini istəyirlər.

Hərəkatın məsulları vurğulayıblar ki, "öz tale və müqəddəratını təyin etmək hüququ-2018" yürüşləri bu zalim rejimin sonuna çıxıncaya qədər davam edəcəkdir.

http://iqna.ir/fa/news/3717927

captcha