IQNA

Quran yarışlarının finalında dünyanın yüz qarisi iştirak edir

11:13 - May 27, 2018
Xəbər sayı: 3483227
Qətərin "Katara Mükafatı" beynəlxalq televiziya Qurani-Kərim yarışlarının finalında dünyanın müxtəlif ölkərindən yüz nəfər Quran qarisi iştirak edir.

Quran yarışlarının finalında dünyanın yüz qarisi iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Katara Mükafatı" beynəlxalq televiziya Qurani-Kərim yarışlarının finalında dünyanın müxtəlif ölkərindən yüz nəfər Quran qarisi iştirak edir.

Qətərin paytaxtı Doha şəhərinin mədəniyyət şəhərciyi olan "Katara" bu yarışlara evsahibliyi edir. Televiziya vasitəsi ilə keçirilən bu yarışların ilkin mərhələsində dünyanın 55 ölkəsindən 1429 nəfər iştirak edib. Onların arasından 100 nəfər yarışların final mərhələsinə vəsiqə qazanıblar.

İlkin mərhələdə iştirakçılar Qurani-Kərimdən seçilmiş üç hissəni tərtil, təcvid və muğam məqamları əsasında tilavət edir və tilavətin elektron nüsxəsini yarışların keçirilmə komitəsinə göndərirdilər.

Yarışların final mərhələsi də ilkin mərhələnin qaydaları əsasında keçiriləcək və tədricən Qətərin dövlət televiziyasından yayımlanacaqdır.

Final mərhələsinin birinci beş yeri qazanan qaliblərinin adları mübarək Ramazan ayının 26-da elan ediləcəkdir.

Qeyd edək ki, keçən il Ramazan ayında birinci turu keçirilən bu yarışların ilk yerlərinin qalibləri Liviya, Misr, Mərakeş və Əlcəzayirdən olmuşdular.    

http://iqna.ir/fa/news/3717940

captcha