IQNA

Küveytin 1500 məscidini tanıdan "əl-məsacid" proqramı

17:16 - May 26, 2018
Xəbər sayı: 3483223
Küveytdə mobil telefonlar üçün nəzərdə tutulmuş və bu ölkənin 1500 məscidi haqqında məlumatları ehtiva edən "əl-məsacid" platforması istifadəyə verilib.

Küveytin 1500 məscidini tanıdan İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytdə mobil telefonlar üçün nəzərdə tutulmuş və bu ölkənin 1500 məscidi haqqında məlumatları ehtiva edən "əl-məsacid" platforması istifadəyə verilib.

Bu barədə Küveytin İslami İşlər, Vəqflər və Ədliyyə Naziri Fəhəd Əfasi xəbər verib.

O deyib ki, bu platforma Küveytin Vəqflər Nazirliyinin məscidlərin işri üzrə müavinliyinin təşəbbüsü ilə "ağıllı telefon"lar üçün düzəldilib.

Fəhəd Əfasi bu məsələni Vəfqlər nazirliyinin məscidlərin işinə əhəmiyyət verməsi kimi dəyərləndirib.

Bu proqram Küveytin bütün məscidləri barədə mühüm məlumatları ehtiva edir. Proqram 1500 məscid haqqında məlumat verilir. Proqram məscidlərin öz vəzifələrini yaxşı yerinə yetirməsi üçün köməkçi olacaqdır.

"əl-Məsacid" proqramı Küveytin 1500 məscidi haqqında məlumat verməklə yanaşı, həmin məscidlərin Küveytin 6 əyalətindəki coğrafi mövqeyini də göstərir.    

http://iqna.ir/fa/news/3717682

 

Teqlər: iqna ، küveyt ، telefon ، mobil ، məscid
captcha