İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İtaliyanın şimalında yerləşən Rapalo şəhərinin İslam mərkəzinə hücum edən naməlum şəxslər Qurani-Kərim nüsxələrini yandırıblar.
İtaliyanın "Genoa" əyalətinin Rapolu şəhərinin İslam mərkəzinə hücum edən anonim şəxslər Quran nüsxələrini yandırdıqdan sonra, bu mərkəzin müxtəlif qiymətli əşyalarını, o cümlədən mikrofon, səsucaldıcı sistemləri və s... oğurlayıblar.
Bu anonim şəxslər İslam mərkəzinin əsas qapısını da sındırıblar və mərkəzin divarlarına İslam və müsəlmanlar əleyhinə "islamofob" şüarlar yazıblar.
İtaliya polisi bu cinayətin amilləri barədə istintaq işlərinə başlayıb.
Qeyd edək ki, keçən ay da anonim şəxslər İslam mərkəzinə hücum edərək mərkəzin əşyalarını oğurlamaq istəmişdilər.