IQNA

Nambiyada dinlərarası dialoq toplantısı keçiriləcək

8:41 - February 19, 2018
Xəbər sayı: 3482807
Afrikanın Nambiya respublikasının paytaxtı Vindhuk şəhərinin Quba məscidində “din, hədəflər və problemlər” mövzusunda doqquzuncu dinlərarası dialoq toplantısı keçiriləcəkdir.

Nambiyada dinlərarası dialoq toplantısı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Afrikanın Nambiya respublikasının paytaxtı Vindhuk şəhərinin Quba məscidində “din, hədəflər və problemlər” mövzusunda doqquzuncu dinlərarası dialoq toplantısı keçiriləcəkdir.

Höccətul- İslam vəl- müslimin Əbulfəzl Səburi - Afrikanın Nambiya respublikasının paytaxtı Vindhuk şəhərinin Quba məscidinin idarə heyətinin rəisi, İQNA ilə müsahibəsində dedi: Quba məscidində “din, hədəflər və problemlər” mövzusunda doqquzuncu dinlərarası dialoq toplantısı 22 fevral 2018-ci il tarixində, günün ikinci yarasında, yerli vaxtla saat 14:30-dan 16:30-dək keçiriləcəkdir.

O əlavə etdi: Bu toplantıda “din adı ilə ayrıseçkilik və zorakılıq” mövzusu araşdırılacqdır.

Höccətul- İslam vəl- müslimin Əbulfəzl Səburi vurğuladı: “dinin dünyəvi hədəfləri”, “din adına zoraklıq nədir”, “səmavi kitabların sülh və dostluğa dəvəti”, “səmavi kitablarda nifrət və savaşa dəvət varmı?”, “din adına ayrıseçkilik və zorakılıqla mübarizənin yolları” və sair oxşar mövzular bu toplanıda müzakirə ediləcəkdir.  

http://iqna.ir/fa/news/3692674

captcha