IQNA

Ərəbistan və Hicaz regionunun idarəçiliyində yeni beynəlxalq problemlər

1:13 - February 19, 2018
Xəbər sayı: 3482802
Səudiyyəlilərin müsəlmanların müqəddəs coğrafiyası sayılan Hicazın müqəddəs məkanlarının idarəçiliyində göstərdikləri zəiflik və nöqsanlar bu ölkəni beynəlxalq səviyyədə yeni problemlərlə üzləşdirib.

Ərəbistan və Hicaz regionunun idarəçiliyində yeni beynəlxalq problemlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə rəsmilərinin müsəlmanların ən müqəddəs və ən əhəmiyyətli coğrafi nöqtəsi sayılan Hicazın (Mədinə və Məkkə) müqəddəs məkanlarının idarəçiliyində göstərdikləri zəiflik, çatışmamazlıq və nöqsanlar bu ölkəni İslami məkanların idarəçiliyi baxımından beynəlxalq səviyyədə yeni problemlərlə üzləşdirib.

Səudiyyə Ərəbistanın müqəddəs məkanların idarəçiliyində yol verdiyi kobud səhvlər ki, hazırda da İslami məkanlar onların pis idarəçiliyi ucbatından əzab çəkir, bir müddətdir ki, beynəlxalq İslami təşkilatların mikorskopu altında və diqqət mərkəzindədir.

Belə ki, 2018-ci ilin ilk aylarında Malaziyada “Səudiyyəlilərin iki müqəddəs hərəmin (“əl-hərəmeynul-şərifəyn” və “məşariul-müqəddəsə”), yəni Məkkə və Mədinənin, idarəçiliyində performansına nəzarət” üçün beynəlxalq heyət təşkil edilib.     Ərəbistan və Hicaz regionunun idarəçiliyində yeni beynəlxalq problemlər

Bundan əlavə indiyədək bir sıra beynəlxalq İslami qrum və təşkilatlar konfrans və iclaslar keçirərək Səudiyyə Ərəbistanın müqəddəs məkanların idarəsində yararısz olduqlarını və onların bu barədə səhv və nöqsanları, xüsusilə də Həcc əyyamında bu cür halların baş verməsini, müxtəlif bəyaniyyələr yayaraq beynəlxalq ictimaiyyətə çatdırıb və bu barədə xəbərdarlıq ediblər.

Beynəlxalq İslami təşkilatlar Məkkə və Mədindəki müqəddəs İslami məkanların idarəçiliyinə nəzarəti qloballaşdırmaq istəyirlər. Bu mənaya ki, müxtəlif İslami ölkələrin nümayəndələrinin iştirak etdiyi heyətin proqramları əsasında idarəçilik və “Məşairul-Müqəddəs” (Məkkə və Mədinə) ziyarətgahlarının idarəçiliyini vahid hökumətin (səudiyyəli vəhabi şeyxlərinin) nüfuzu altından çıxarmaq.

Ərəbistan və Hicaz regionunun idarəçiliyində yeni beynəlxalq problemlər

Əlbəttə səudiyyəli vəhabilərin şeyxi və müftisi Əbdül-Əziz Ali Şeyx, Əbdürrəhman ibn Əbdüləziz Südeys (Məkkə və Mədinə ziyarətgahları idarəsinin rəisi), Pakistanın müsəlman alimləri şurası, Misrin sabiq müftisi Əli Cümə, Misrin böyük müftisi Şövqi Əlam və s. bu məsələyə qarşı etirazlarını bildiriblər və bunu “həcc əməllərini siyasiləşdirmək” (!!!) adlandırıblar.

İslami ölkələr səviyyəsində isə bu məsələdə Qətər, İran, Malaziya və İndoneziya ölkələri öndə getsələr də digər kiçik ölkələr bəzi siyasi məsləhətləri nəzərə alıb Səudiyyə Ərəbistanının qarşısında susurlar.  

İki il öncə Məscidul-Haramda kranın aşması və Mina hadisələri zamanında İraq, İran, Livan və digər ölkələr müştərək komitə yaradıb İslami ölkələrdən Həcc məsələsinin müdiriyyətini öz üzərlərinə götürmələrini istəsələr də Səudiyyə Ərəbistanı bu məsələni rədd etdilər. Məsələnin faciəli tərəfi isə budur ki, son iki ildə bəzi media qrumlarının verdikləri xəbərə görə, Ərəbistan hacıları kontrolda saxlamaq üçün İsrailə xüsusi elektron qolbağılar istehsal etməyi sifariş verib.   

Ərəbistan və Hicaz regionunun idarəçiliyində yeni beynəlxalq problemlər

Amma İSESCO, İƏT və Dünya İslam Birliyi Təşkilatları Həcc ziyarəti idarəçiliyində müştərək beynəlxalq heyətin təşkil edilməsinin əleyhinə olduqları üçün yaxın zamanlarda belə bir hadisənin baş verməsi gözlənilmir. Halbuki Səudiyyə Ərəbistanı Həcc məsələlərindən heç bir anlayışı olmayan bir sürü pakistanlı, hindsitanlı və banqladeşli vəhabini Məkkə və Mədinəyə dolduraraq bu iki müqəddəs ziyarətgahı onların vasitəsi ilə idarə etmək istəyir ki, bu da müsəlmanların haqlı narazılığına səbəb olmuşdur.

Buna görə də müsəlman ölkələrinə lazımdır ki, son illərdə müsəlmanların və ziyarətə gedənlərin ciddi narahatçılığına səbəb olmuş və müqəddəs məkanların kəramətini və ləyaqətini ləkələmiş hadisələrin təkrar olunmaması üçün Hicazın müqəddəs məkanlarının idarəçiyini bütün İslami ölkələrin nümayəndələri tərəfindən təşkil edilmiş heyətə həvalə etsinlər.

http://iqna.ir/fa/news/3690671

Teqlər: iqna ، həcc ، məkkə ، mədinə ، ərəbistan
captcha