IQNA

Mərakeşin Quran aktivisti xanımları terrorizmlə mübarizədə

11:51 - February 14, 2018
Xəbər sayı: 3482787
ABŞ-ın “Du Atlantique” qəzeti Mərakeşin Quran sahəsində aktiv və təbliğçi olan xanımlarının radikalizm və terrorizmlə mübarizəsində və cəmiyyətinin maarifləndirilməsində ifa etdikləri roldan yazdı.

Mərakeşin Quran aktivisti xanımları terrorizmlə mübarizədəİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın “Du Atlantique” qəzeti Mərakeşin Quran sahəsində aktiv və təbliğçi olan xanımlarının terrorizm və ekstremizm fenomeni ilə mübarizədə və cəmiyyətin dini baxımdan maarifləndirilməsində ifa etdikləri təsirli roldan danışıb.

Amerikanın “Du Atlantique” qəzeti Quran sahəsində fəaliyyət göstərən və təbliğ edən qadınların terrorizm və ekstremizm fenomeni ilə mübarizəsi barəd məqalə nəşr edib. Məqalədə yazır ki, Mərakeş dövləti 11 il öncə “dini mübəlliğlərin təlim mərkəzi”ni təsis etdikdən sonra, bu mərkəz indiyədək dini elmlər və Quran araşdırmaları sahəsində ixtisaslaşmış xanımların yetişdirilməsində çox mühüm rol ifa etmişdir.

Mərakeş dövlətinin “dini mübəlliğlərin təlim mərkəzi”nin yetişdirməsi olan xanımlar ölkənin müxtəlif regionlarında aktivdirlər. Onlar azadlıq və din barəsində, həmçinin Quran- Kərimin təfsirindən düzgün məlumatı olmayan insanlara sağlam dini məlumatlar verməklə və maarifçilik işləri aparmaqla cəmiyyətdəki zorakılıq, terrorizm və ekstremizm fenomeni ilə əhəmiyyətli mübarizə aparırlar.  

Quran və dini maarif üzrə ixtisaslaşdırılmış bu xanımlar şəhərdən uzaq kəndlərə, məktəblərə, mədrəsələrə və hətta evlərə baş çəkirlər, cavanlar ilə görüşürlər və həqiqi İslam maarifini onlara öyrədirlər ki, radikal və terrorist qrupların qurduğu tələyə düşməsinlər.

Bu mərkəzin xanımlara verdiyi bu məsuliyyət göstərir ki, xanımların cəmiyyətdə maarifləndiri hüzuru daha fərqli çalarlarda təzahür edə bilər. Çünki qadınların uşaqlar və cavanlar ilə tez ünsiyyət yaratmaq qabiliyyətinə malik olması sürətli təsirə də malik olur.

http://iqna.ir/fa/news/3691114

 

 

captcha